Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
(Nisa surəsi, 2)
Kim bir xəta edər, yaxud günah iş görər, sonra da onu günahsız bir kimsənin üstünə atarsa, şübhəsiz, o (günahkar), iftira və açıq-aşkar bir günah yüklənmiş olar.
(Nisa surəsi, 112)
Günahkarların yolu açıq-aydın ortaya çıxsın deyə, ayələri bu şəkildə açıqlayırıq.
(Ənam surəsi, 55)
Beləliklə, hər bir məmləkətdə günahkarları öndərlər etdik ki, orada hiyləli işlər görsünlər. Halbuki onlar yalnız özlərinə qarşı hiylə edirlər, ancaq (bunu) hiss etmirlər.
(Ənam surəsi, 123)
Onlara bir ayə gəldiyi zaman belə deyərlər: “Allahın elçilərinə verilənin bir bənzəri bizə də verilmədikcə, əsla iman etməyəcəyik!” Allah elçiliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar etdikləri hiyləli işlərə görə Allah dərgahında zillətə və şiddətli bir əzaba düçar olacaqlar.
(Ənam surəsi, 124)
Əgər səni yalanlasalar, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Onun verəcəyi əzab isə günahkar qövmdən dəf edilə bilməz”.
(Ənam surəsi, 147)
Şübhəsiz ki, ayələrimizi təkzib edib təkəbbürlənərək onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və onlar dəvə iynənin gözündən keçənə qədər cənnətə girə bilməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
(Əraf surəsi, 40)
Onların üstünə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu!
(Əraf surəsi, 84)
Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular.
(Əraf surəsi, 133)
Bu, günahkarların xoşuna gəlməsə də, haqqı ortaya çıxarmaq və batili yox etmək üçündü.
(Ənfal surəsi, 8)
Üzr istəməyin! Siz iman etdikdən sonra (təkrar) inkar edən oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”.
(Tövbə surəsi, 66)
Həqiqətən, zülm etdiklərinə və sizdən əvvəl elçiləri möcüzələr gətirdiyi halda iman etmədiklərinə görə neçə-neçə millətləri məhv etdik. Biz günahkar insanları belə cəzalandırırıq.
(Yunis surəsi, 13)
Elə isə Allaha qarşı yalan uyduran, yaxud Onun ayələrini yalanlayan kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, günahkarlar nicat tapmazlar.
(Yunis surəsi, 17)
De: “Deyin görək, əgər Onun əzabı sizə gecə, yaxud gündüz gələrsə, nə edərsiniz? Nəyə görə günahkarlar əzabın tez gəlməsini istəyirlər?!
(Yunis surəsi, 50)
Sonra onların ardınca Musanı və Harunu möcüzələrimizlə Firona və onun qövmünə göndərdik. Ancaq onlar təkəbbürləndilər və günahkar bir qövm oldular.
(Yunis surəsi, 75)
Günahkarların xoşuna gəlməsə də, Allah sözləri ilə həqiqəti ortaya çıxaracaqdır”.
(Yunis surəsi, 82)
Yoxsa onlar: “Onu özündən uydurdu!” - deyirlər?! De ki: “Əgər onu uydurmuşamsa, günahım mənə aiddir. Ancaq mən sizin işlədiyiniz günahlardan uzağam!”
(Hud surəsi, 35)
Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”
(Hud surəsi, 52)
Kaş sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıllı və fəzilətli kimsələr olaydı. Ancaq onların xilas etdiyimiz az bir qismi belə idi. Zalımlar özlərinə verilən nemətlərin arxasınca getdilər. Onlar günahkar idilər.
(Hud surəsi, 116)
Ondan ümidlərini kəsdikləri zaman (məsələni müzakirə etmək üçün) pıçıldaşaraq bir kənara çəkildilər. Onların böyük olanı belə dedi: “Atanızın sizdən Allah adına söz aldığını və daha əvvəl Yusif barəsində də etdiyiniz xətanı bilmirsinizmi? Atam mənə icazə verənə və ya Allah Öz hökmünü verənə qədər mən buradan əsla ayrılmayacağam! O, hökm verənlərin ən yaxşısıdır.
(Yusif surəsi, 80)
Nəhayət, elçilər ümidsizliyə düşüb özlərinin yalançı hesab edildiklərini düşündükləri zaman köməyimiz onlara gələr və dilədiyimiz kimsəyə nicat verilər. Əzabımız isə günahkar qövmdən dəf olunmaz.
(Yusif surəsi, 110)
O gün günahkarların zəncirləndiyini görərsən.
(İbrahim surəsi, 49)
Beləcə, Biz onu (küfrü) günahkarların qəlbinə yeridirik.
(Hicr surəsi, 12)
Onlar dedilər: “Şübhəsiz ki, biz günahkar bir qövmə (əzab vermək üçün) göndərilmişik.
(Hicr surəsi, 58)
Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz.
(Kəhf surəsi, 49)
Günahkarlar cəhənnəm alovunu gördülər, artıq ora girəcəklərini anladılar. Oradan xilas olmaq üçün bir yol tapa bilmədilər.
(Kəhf surəsi, 53)
Günahkarları isə susamış halda cəhənnəmə sürükləyəcəyik.
(Məryəm surəsi, 86)
Şübhəsiz ki, kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, onun üçün cəhənnəm vardır. O, orada nə ölər, nə də yaşayar.
(Taha surəsi, 74)
Sura üfürüləcəyi gün günahkarları (gözləri qorxudan) göm-göy olmuş halda bir yerə yığacağıq.
(Taha surəsi, 102)
Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun və heç vaxt onların şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir.
(Nur surəsi, 4)
Zövcəsinə zina isnad edib, özlərindən başqa şahidləri olmayanlara gəldikdə, onlardan hər biri özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allah adına and içərək şahidlik etməlidir.
(Nur surəsi, 6)
Çünki siz onu (iftiranı) dilə gətirir, bilmədiyiniz şeyləri danışır və bunun əhəmiyyətsiz olduğunu zənn edirdiniz. Halbuki o, Allah dərgahında böyük günahdır.
(Nur surəsi, 15)
Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
(Nur surəsi, 23)
Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər.
(Furqan surəsi, 22)
(Ey elçi!) Beləcə, Biz hər bir elçi üçün günahkarlardan düşmənlər peyda etdik. Haqq yolu göstərən və yardımçı kimi Rəbbin yetər!
(Furqan surəsi, 31)
Onların mənə isnad etdikləri bir günah da var. Buna görə də məni öldürmələrindən qorxuram”.
(Şuəra surəsi, 14)
Beləcə Biz onu (küfrü) günahkarların qəlbinə saldıq.
(Şuəra surəsi, 200)
De ki: “Yer üzündə dolaşın və günahkarların aqibətinin necə olduğuna bir baxın!”
(Nəml surəsi, 69)
Musa: “Ey Rəbbim, mənə verdiyin nemətlərin haqqı üçün günahkarlara əsla dayaq olmayacağam!” - dedi.
(Qəsas surəsi, 17)
Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz.
(Qəsas surəsi, 78)
Qiyamətin qopacağı gün günahkarlar susacaqlar.
(Rum surəsi, 12)
Şübhəsiz ki, səndən əvvəl də elçiləri öz qövmlərinə göndərdik. Elçilər onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuzdur.
(Rum surəsi, 47)
Qiyamət qopacağı gün günahkarlar (dünyada) yalnız az bir müddət qaldıqlarına dair and içərlər. Onlar (dünyada da haqq yoldan) belə döndərilirdilər.
(Rum surəsi, 55)
Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman etdik”, - deyərkən onları görəydin.
(Səcdə surəsi, 12)
Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?! Biz, əlbəttə, günahkarlardan intiqam alarıq.
(Səcdə surəsi, 22)
Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər, həqiqətən, iftira və açıq-aydın bir günah yüklənmişlər.
(Əhzab surəsi, 58)
De: “Bizim işlədiyimiz günahlardan siz sorğu-suala çəkilməyəcəksiniz. Biz də sizin etdiklərinizdən sorğu-suala çəkilməyəcəyik.
(Səba surəsi, 25)
Təkəbbürlənənlər isə zəiflərə belə deyəcəklər: “Sizə doğru yol gəldikdən sonra sizi (doğru yoldan) bizmi döndərdik? Əksinə, siz özünüz günahkar idiniz”.
(Səba surəsi, 32)
(Günahkarlara isə belə deyilər:) “Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!”
(Yasin surəsi, 59)
Həqiqətən, Biz günahkarlara belə edirik.
(Saffat surəsi, 34)
Şübhəsiz, günahkarlar cəhənnəm əzabında əbədi qalacaqlar.
(Zuxruf surəsi, 74)
Musa: “Həqiqətən, bunlar günahkar bir qövmdür!” - deyərək Rəbbinə səsləndi.
(Duxan surəsi, 22)
Onlar daha yaxşıdır, yoxsa Tübbə qövmü və onlardan əvvəlkilər?! Biz onları məhv etdik. Həqiqətən, onlar günahkar idilər.
(Duxan surəsi, 37)
İnkar edənlərə isə belə deyiləcəkdir: “Ayələrim sizə oxunmurdumu?! Ancaq siz təkəbbürləndiniz və günahkar oldunuz.
(Casiyə surəsi, 31)
O külək, Rəbbinin əmri ilə hər şeyi məhv edər. Beləcə, onların evlərindən başqa heç bir şey qalmadı. Biz günahkar qövmü belə cəzalandırırıq.
(Əhqaf surəsi, 25)
Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
(Zəriyət surəsi, 32)
Həqiqətən, günahkarlar azğınlıq və çılğınlıq içindədirlər.
(Qamər surəsi, 47)
Günahkarlar simalarından tanınar, kəkillərindən və ayaqlarından yaxalanarlar.
(Rəhman surəsi, 41)
Bu, günahkarların yalanladıqları cəhənnəm odudur!
(Rəhman surəsi, 43)
Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar.
(Saff surəsi, 3)
Biz müsəlmanları günahkarlarla bir tutarıqmı?!
(Qələm surəsi, 35)
Onlar bir-birinə göstəriləcəklər. Günahkar o günün əzabından xilas olmaq üçün fəda etmək istəyəcək: Övladlarını,
(Məaric surəsi, 11)