Rəhman surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Rəhman (mərhəmətli Allah)!
(Rəhman surəsi, 1)
- Quranı öyrətdi.
(Rəhman surəsi, 2)
- İnsanı yaratdı.
(Rəhman surəsi, 3)
- Ona danışmağı öyrətdi.
(Rəhman surəsi, 4)
- Günəş və ay müəyyən bir ölçüyə görə hərəkət edir.
(Rəhman surəsi, 5)
- Bitkilər də, ağaclar da Allaha səcdə edir.
(Rəhman surəsi, 6)
- O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu ki,
(Rəhman surəsi, 7)
- Tərəzidə həddi aşmayasınız.
(Rəhman surəsi, 8)
- Tərəzidə ədalətə riayət edin və çəkini əskiltməyin!
(Rəhman surəsi, 9)
- O, yer üzünü canlılar üçün yaratdı.
(Rəhman surəsi, 10)
- Orada meyvələr və salxımlı xurma ağacları var.
(Rəhman surəsi, 11)
- Saçaqlı dənli və xoş ətirli bitkilər var.
(Rəhman surəsi, 12)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 13)
- O, insanı saxsı kimi quru palçıqdan yaratdı.
(Rəhman surəsi, 14)
- Cinləri də tüstüsüz oddan yaratdı.
(Rəhman surəsi, 15)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 16)
- O, iki məşriqin də, iki məğribin də Rəbbidir.
(Rəhman surəsi, 17)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 18)
- O, yan-yana duran iki dəniz meydana gətirdi.
(Rəhman surəsi, 19)
- Onların arasında maneə var və buna görə də bir-birinə qarışmazlar.
(Rəhman surəsi, 20)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 21)
- Hər ikisindən də inci və mərcan çıxar.
(Rəhman surəsi, 22)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 23)
- Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
(Rəhman surəsi, 24)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 25)
- Yer üzündəki hər kəs fanidir.
(Rəhman surəsi, 26)
- Əzəmətli və kərəm sahibi Rəbbinin zatı isə əbədidir.
(Rəhman surəsi, 27)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 28)
- Göylərdə və yerdə kim varsa, hamısı Ondan istəyər. O hər gün (hər an) bir işdədir.
(Rəhman surəsi, 29)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 30)
- Ey ağır yükü olan (insan və cin tayfası)! Sizə də (haqq-hesab üçün) vaxt ayıracağıq.
(Rəhman surəsi, 31)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 32)
- Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını keçib getməyə gücünüz çatırsa, keçin! Qüdrətiniz olmadan əsla keçə bilməzsiniz.
(Rəhman surəsi, 33)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 34)
- Sizin üstünüzə oddan bir alov və tüstü göndərilər və siz bir-birinizə kömək də edə bilməzsiniz.
(Rəhman surəsi, 35)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 36)
- Sonra göy yarılıb, yağ kimi əriyib qıpqırmızı gül olduğu zaman;
(Rəhman surəsi, 37)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 38)
- O gün insana da, cinə də günahı soruşulmaz.
(Rəhman surəsi, 39)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 40)
- Günahkarlar simalarından tanınar, kəkillərindən və ayaqlarından yaxalanarlar.
(Rəhman surəsi, 41)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 42)
- Bu, günahkarların yalanladıqları cəhənnəm odudur!
(Rəhman surəsi, 43)
- Onlar odla qaynar su arasında dolaşıb durarlar.
(Rəhman surəsi, 44)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 45)
- Rəbbinin hüzurundan (Ona hesab verməkdən) qorxanlar üçün iki cənnət vardır.
(Rəhman surəsi, 46)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 47)
- Hər ikisində də növbənöv ağaclar vardır.
(Rəhman surəsi, 48)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 49)
- İkisində də iki axar bulaq vardır.
(Rəhman surəsi, 50)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 51)
- İkisində də hər meyvədən iki növ vardır.
(Rəhman surəsi, 52)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 53)
- (Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır.
(Rəhman surəsi, 54)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 55)
- Orada gözləri ərindən başqasını görməyən qadınlar vardır. Bundan əvvəl onlara nə bir insan, nə də bir cin toxunmuşdur.
(Rəhman surəsi, 56)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 57)
- Onlar sanki yaqut və mərcandırlar.
(Rəhman surəsi, 58)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 59)
- Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!
(Rəhman surəsi, 60)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 61)
- O ikisindən əlavə iki cənnət də vardır.
(Rəhman surəsi, 62)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 63)
- Hər ikisi yamyaşıldır.
(Rəhman surəsi, 64)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 65)
- O ikisində fışqıran iki bulaq vardır.
(Rəhman surəsi, 66)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 67)
- İkisində də hər cür meyvə, xurma və nar vardır.
(Rəhman surəsi, 68)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 69)
- Orada xoşxasiyyətli və gözəl simalı qadınlar vardır.
(Rəhman surəsi, 70)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 71)
- Çadırlarda gözləri ərlərindən başqasını görməyən qadınlar vardır.
(Rəhman surəsi, 72)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 73)
- Onlara bundan əvvəl nə bir insan, nə də bir cin toxunmuşdur.
(Rəhman surəsi, 74)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 75)
- (Cənnət əhli) yaşıl mütəkkələrə və gözəl naxışlı döşəkcələrə söykənəcəklər.
(Rəhman surəsi, 76)
- Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Rəhman surəsi, 77)
- Əzəmət və kərəm sahibi olan Rəbbinin adı çox ucadır!
(Rəhman surəsi, 78)