Müddəssir surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey örtüsünə bürünən (elçi)!
(Müddəssir surəsi, 1)
- Qalx və (insanları) xəbərdar et!
(Müddəssir surəsi, 2)
- Rəbbini uca tut!
(Müddəssir surəsi, 3)
- Paltarını təmizlə!
(Müddəssir surəsi, 4)
- Pis şeylərdən uzaq dur!
(Müddəssir surəsi, 5)
- (Etdiyin yaxşılığı) çox görüb minnət qoyma!
(Müddəssir surəsi, 6)
- Rəbbinin yolunda səbirli ol!
(Müddəssir surəsi, 7)
- Sura üfürüldüyü zaman -
(Müddəssir surəsi, 8)
- O gün çox çətin bir gündür!
(Müddəssir surəsi, 9)
- İnkar edənlər üçün asan deyildir.
(Müddəssir surəsi, 10)
- Yaratdığım o kimsəni Mənə burax!
(Müddəssir surəsi, 11)
- Mən ona çoxlu mal-mülk verdim.
(Müddəssir surəsi, 12)
- Yanındakı övladlar verdim.
(Müddəssir surəsi, 13)
- Ona hər cür imkanlar verdim.
(Müddəssir surəsi, 14)
- Bundan sonra o, yenə də (bu imkanları) artırmağımı istəyir.
(Müddəssir surəsi, 15)
- Xeyr! Həqiqətən, o, ayələrimizə qarşı çox inadkardır.
(Müddəssir surəsi, 16)
- Mən onu sərt bir yoxuşa (çətin bir əzaba) sürükləyəcəyəm.
(Müddəssir surəsi, 17)
- Həqiqətən, o, fikirləşib qərar verdi.
(Müddəssir surəsi, 18)
- Canı çıxsın! Necə qərar verdi?!
(Müddəssir surəsi, 19)
- Qoy canı çıxsın! Necə qərar verdi?!
(Müddəssir surəsi, 20)
- Sonra baxdı.
(Müddəssir surəsi, 21)
- Sonra üz-gözünü turşudub qaşqabağını tökdü.
(Müddəssir surəsi, 22)
- Sonra da arxasını çevirib təkəbbürləndi.
(Müddəssir surəsi, 23)
- Və dedi: “Bu (Quran), yalnız öyrənilən bir sehrdir.
(Müddəssir surəsi, 24)
- Bu, insan sözündən başqa bir şey deyildir”.
(Müddəssir surəsi, 25)
- Mən onu Səqərə (cəhənnəmə) atacağam.
(Müddəssir surəsi, 26)
- Sən haradan biləcəksən ki, Səqər nədir?
(Müddəssir surəsi, 27)
- O, heç bir şeyi sağ-salamat buraxmaz.
(Müddəssir surəsi, 28)
- İnsanın dərisini yandırıb-yaxar.
(Müddəssir surəsi, 29)
- Onun üstündə on doqquz vardır.
(Müddəssir surəsi, 30)
- Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
(Müddəssir surəsi, 31)
- Xeyr! And olsun aya!
(Müddəssir surəsi, 32)
- And olsun ötüb-keçən gecəyə!
(Müddəssir surəsi, 33)
- And olsun ağaran sübh çağına!
(Müddəssir surəsi, 34)
- Həqiqətən, o (cəhənnəm), böyük müsibətlərdən biridir,
(Müddəssir surəsi, 35)
- İnsanı xəbərdar edəndir,
(Müddəssir surəsi, 36)
- Sizdən (saleh əməllərdə) irəli getmək, yaxud geri qalmaq istəyənlər üçün!
(Müddəssir surəsi, 37)
- Hər kəs qazandığının girovudur.
(Müddəssir surəsi, 38)
- Ancaq sağ tərəfdəkilər bundan istisnadır.
(Müddəssir surəsi, 39)
- Onlar cənnət bağlarında soruşacaqlar -
(Müddəssir surəsi, 40)
- Günahkarlar haqqında:
(Müddəssir surəsi, 41)
- “Sizi Səqərə (cəhənnəmə) salan nə idi?”
(Müddəssir surəsi, 42)
- Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
(Müddəssir surəsi, 43)
- Yoxsulu yedirtməzdik.
(Müddəssir surəsi, 44)
- Batilə dalanlarla birlikdə biz də dalırdıq.
(Müddəssir surəsi, 45)
- Haqq-hesab gününü yalan hesab edirdik,
(Müddəssir surəsi, 46)
- Ölüm bizə gəlib çatana qədər”.
(Müddəssir surəsi, 47)
- Artıq şəfaətçilərin şəfaəti onlara fayda verməz.
(Müddəssir surəsi, 48)
- Belə olduğu halda onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!
(Müddəssir surəsi, 49)
- Vəhşi eşşəklər kimidirlər.
(Müddəssir surəsi, 50)
- (O eşşəklər ki,) aslandan hürküb qaçarlar.
(Müddəssir surəsi, 51)
- Xeyr! Onların hər biri önünə sərilmiş səhifələr (ilahi vəhylər) verilməsini istəyir.
(Müddəssir surəsi, 52)
- Xeyr! Əksinə, onlar axirətdən qorxmurlar.
(Müddəssir surəsi, 53)
- Xeyr! O (Quran), bir öyüddür.
(Müddəssir surəsi, 54)
- Kim istəsə, düşünüb ondan öyüd alar.
(Müddəssir surəsi, 55)
- Allah istəmədikcə onlar öyüd ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da Odur, məğfirət sahibi olan da Odur!
(Müddəssir surəsi, 56)