Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Günahlardan) çəkinib mərhəmətə nail olmağınız ümidi ilə içinizdən sizi xəbərdar edən bir adam vasitəsilə Rəbbinizdən sizə öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz?”
(Əraf surəsi, 63)
Səndən əvvəl də vəhy etdiyimiz kişilərdən başqasını elçi göndərmədik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun!
(Nəhl surəsi, 43)
Beləcə, keçmişdəkilərin xəbərlərindən bir qismini sənə nəql edirik. Sənə Öz tərəfimizdən bir Zikr (Quran) vermişik.
(Taha surəsi, 99)
(Ey elçi!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri elçi göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!
(Ənbiya surəsi, 7)
De: “Gecə-gündüz Rəhmandan sizi kim qoruyacaq?” Xeyr, onlar Rəbbinin Kitabından üz döndərirlər.
(Ənbiya surəsi, 42)
Bu (Quran) da nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz onu inkarmı edirsiniz?
(Ənbiya surəsi, 50)
Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik.
(Ənbiya surəsi, 84)
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” - deyə yazmışdıq.
(Ənbiya surəsi, 105)
Həqiqətən, Zikr (Quran) mənə gəldikdən sonra o məni azdırdı”. Şeytan insanı (fəlakətə apardıqdan sonra orada) tənha qoyar.
(Furqan surəsi, 29)
“Əgər əvvəlkilərin kitablarından biri bizdə olsaydı,
(Saffat surəsi, 168)
Sad! Öyüd verən Qurana and olsun!
(Sad surəsi, 1)
Quran aramızdan məhz onamı (Məhəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar.
(Sad surəsi, 8)
Bu (Quran), aləmlər üçün ancaq bir öyüddür!
(Sad surəsi, 87)
O Kitab təmiz ağıl sahibləri üçün doğru yol rəhbəri və öyüddür.
(Mömin surəsi, 54)
Şübhəsiz ki, özlərinə Quran gəldikdən sonra onu yalanlayanları cəzalandıracağıq. Həqiqətən, o, uca bir kitabdır.
(Fussilət surəsi, 41)
Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız.
(Zuxruf surəsi, 44)
Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
(Qaf surəsi, 8)
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Ey iman etmiş təmiz ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etmişdir.
(Talaq surəsi, 10)
O (Quran), aləmlər üçün yalnız bir öyüddür,
(Təkvir surəsi, 27
)