Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah kitab, hikmət və elçilik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis bəndə olun!”
(Ali İmran surəsi, 79)
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik.
(Ənam surəsi, 105)
Və: “Kitab bizdən əvvəl ancaq iki tayfaya (yəhudilərə və xristianlara) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsiz idik”, - deməyəsiniz.
(Ənam surəsi, 156)
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, inkar edənlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər.
(Hud surəsi, 7)
Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Onların qarınlarındakından (süddən) sizə içirdirik. Onlarda sizin üçün çoxlu faydalar vardır. Həmçinin onlardan (ətlərindən) yeyirsiniz.
(Muminun surəsi, 21)
Beləcə, Nuhu və gəmidəkiləri qurtardıq və bu gəmini aləmlərə bir ibrət etdik.
(Ənkəbut surəsi, 15)
Halbuki Biz onlara oxuyacaqları bir kitab verməmişdik və səndən əvvəl özlərinə xəbərdar edən bir elçi göndərməmişdik.
(Səba surəsi, 44)
Məgər Allahın göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən də onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda təmiz ağıl sahibləri üçün ibrət vardır.
(Zumər surəsi, 21)
Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?!
(Qələm surəsi, 37
)