Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər.
(Ənfal surəsi, 6)
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi.
(Tövbə surəsi, 48)
(Kral o qadınlara) dedi: “Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!” Onlar: “Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!” - dedilər. Vəzirin zövcəsi (Züleyxa) dedi: “İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır”.
(Yusif surəsi, 51)
Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir).
(Nəml surəsi, 25)
İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar.
(Rum surəsi, 41)
Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.
(Səba surəsi, 14)
De: “Haqq (İslam) gəldi. Artıq batil nə bir şey (küfr, şirk) ortaya çıxara bilər, nə də geri gətirə bilər”.
(Səba surəsi, 49)
O gün onlar (orta yerə) çıxacaqlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. (O gün Allah buyuracaq:) “Bu gün hökmranlıq kimə məxsusdur? - Tək və hər şeyə qalib gələn Allaha!”
(Mömin surəsi, 16)
Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
(Məhəmməd surəsi, 31)
Əgər Allah bunu (bütün malınızı) sizdən istəsəydi və israrla tələb etsəydi, siz xəsislik edəcəkdiniz və O sizin kininizi ortaya çıxaracaqdı.
(Məhəmməd surəsi, 37)
Allahdan başqa heç kəs onu aradan qaldıra bilməz!
(Nəcm surəsi, 58)
O gün bütün sirlər ortaya çıxarılacaqdır.
(Tariq surəsi, 9)
Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.
(Səba surəsi, 14)
Günahkarların yolu açıq-aydın ortaya çıxsın deyə, ayələri bu şəkildə açıqlayırıq.
(Ənam surəsi, 55)
Sizi qorxutmaq məqsədilə və (yağışı) ümid edəsiniz deyə, şimşəyi göstərən və ağır buludları meydana gətirən Odur.
(Rad surəsi, 12
)