Tariq surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun göyə və tariqə (gecə yolçusuna)!
(Tariq surəsi, 1)
- Sən haradan biləsən ki, tariq nədir?!
(Tariq surəsi, 2)
- O, qaranlığı yarıb keçən ulduzdur.
(Tariq surəsi, 3)
- Elə bir kimsə yoxdur ki, onun üstündə (əməllərini yazan) nəzarətçi bir mələk olmasın!
(Tariq surəsi, 4)
- İnsan nədən yaradıldığına bir nəzər salsın!
(Tariq surəsi, 5)
- O, atılan bir sudan yaradılmışdır.
(Tariq surəsi, 6)
- O su bel və köks sümüklərinin arasından çıxar.
(Tariq surəsi, 7)
- Şübhəsiz ki, Allah onu təkrar diriltməyə də qadirdir.
(Tariq surəsi, 8)
- O gün bütün sirlər ortaya çıxarılacaqdır.
(Tariq surəsi, 9)
- Onun nə gücü, nə də köməkçisi olacaqdır.
(Tariq surəsi, 10)
- And olsun geri dönən səmaya!
(Tariq surəsi, 11)
- And olsun (bitkilərin bitməsi üçün) yarılan yerə!
(Tariq surəsi, 12)
- Həqiqətən, o (Quran haqq ilə batili), ayırd edən bir kəlamdır.
(Tariq surəsi, 13)
- O, əyləncə deyildir.
(Tariq surəsi, 14)
- Onlar hiylə qururlar.
(Tariq surəsi, 15)
- Mən də hiylə qururam.
(Tariq surəsi, 16)
- Ona görə də inkar edənlərə möhlət ver! Onlara bir az da möhlət ver!
(Tariq surəsi, 17)