ÇEŞMƏ sözü ilə əlaqəli ayələr
"ÇEŞMƏ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır. (Saffat surəsi, 45)📋
- Məgər Allahın göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən də onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda təmiz ağıl sahibləri üçün ibrət vardır. (Zumər surəsi, 21)📋
- Yerdən də bulaqlar fışqırtdıq. Beləliklə, sular təqdir edilmiş bir iş üçün birləşdi. (Qəmər surəsi, 12)📋
- Allahın bəndələrinin içdiyi çeşmədən! Onu (istədikləri tərəfə) axıdacaqlar. (İnsan surəsi, 6)📋
- O, Allaha yaxın olanların su içdikləri bir bulaqdır. (Mutaffifin surəsi, 28)📋
- Onlara qaynar su bulağından içirdiləcəkdir. (Ğaşiyə surəsi, 5)📋
- Orada axar çeşmələr vardır. (Ğaşiyə surəsi, 12)📋