İNAD ETMƏK sözü ilə əlaqəli ayələr
"İNAD ETMƏK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Bu da Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar edib Onun elçilərinə asi oldular və hər inadkar müstəbidin əmrinə uydular. (Hud surəsi, 59)📋
- (Elçilər Allahdan) zəfər istədilər. Hər bir təkəbbürlü inadkar isə ziyana uğradı. (İbrahim surəsi, 15)📋
- (Mələklərə belə əmr veriləcək:) Hər inadkar inkar edəni cəhənnəmə atın! (Qaf surəsi, 24)📋
- Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər. (Mülk surəsi, 21)📋
- Xeyr! Həqiqətən, o, ayələrimizə qarşı çox inadkardır. (Müddəssir surəsi, 16)📋