Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın kitabda nazil etdiklərini bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 174)
O zaman İmranın arvadı dedi: "Ey Rəbbim, mən qarnımda olanı hər cür dünyəvi istəklərdən uzaq olaraq Sənə həsr etdim. Onu məndən qəbul et. Həqiqətən, Sən eşidənsən, bilənsən!"
(Ali İmran surəsi, 35)
Şübhəsiz, heyvanlarda da sizin üçün bir ibrət vardır. Belə ki, sizə onların qarınlarındakı ifrazat ilə qan arasından çıxan, içənlərin boğazından rahatlıqla keçən xalis bir süd içirdirik.
(Nəhl surəsi, 66)
Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnlərindən çıxartdı. Şükür edəsiniz deyə Allah sizə qulaqlar, gözlər və qəlb bəxş etdi.
(Nəhl surəsi, 78)
Allah hər bir canlını sudan yaratdı. Onlardan eləsi var ki, qarnı üstə sürünür, eləsi var ki, iki ayaq üstündə gəzir, eləsi də var ki, dörd ayaq üstündə gəzir. Allah dilədiyini yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Nur surəsi, 45)
Həqiqətən, qiyamət gününə qədər onun qarnında qalacaqdı.
(Saffat surəsi, 144
)