QƏDƏH  sözü ilə əlaqəli ayələr
    "QƏDƏH"  sözü ilə əlaqəli ayələr
    Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır.
 (Saffat surəsi, 45)📋
 - Onlar orada qədəh-qədəhə vuracaqlar. Orada (içki səbəbilə) nə boşboğazlıq, nə də günaha girmə vardır.
 (Tur surəsi, 23)📋
 - (Huşlandırmayan) Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə!
 (Vaqiə surəsi, 18)📋
 - Şübhəsiz ki, yaxşı əməl sahibləri kafur qatılmış (cənnət içkisi ilə dolu) badədən içəcəklər.
 (İnsan surəsi, 5)📋
 - Onların ətrafında gümüş büllur qablar və qədəhlər dolaşdırılır.
 (İnsan surəsi, 15)📋
 - Orada onlara qarışığı zəncəfil olan içki içirilir.
 (İnsan surəsi, 17)📋
 - (İçki ilə) dolu qədəhlər!
 (Nəbə surəsi, 34
)📋