GEDİŞ  sözü ilə əlaqəli ayələr
    "GEDİŞ"  sözü ilə əlaqəli ayələr
    Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Şübhəsiz ki, Biz Musaya: “Bəndələrimlə birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik.
 (Taha surəsi, 77)📋
 - Biz Musaya: “Bəndələrimlə gecə yola çıx! Şübhəsiz ki, siz (Firon və ordusu tərəfindən) təqib ediləcəksiniz”, - deyə vəhy etdik.
 (Şuəra surəsi, 52)📋
 - Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir.
 (Loğman surəsi, 19)📋
 - (Allah buyurdu:) “Bəndələrim (İsrail oğulları) ilə birlikdə gecə yola çıx! Siz (Firon ordusu tərəfindən) təqib olunacaqsınız.
 (Duxan surəsi, 23)📋
 - Dağlar hərəkət edəcəkdir.
 (Tur surəsi, 10
)📋