Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Allah cəhənnəm mələklərinə belə buyuracaq:) “Onu tutun və cəhənnəmin ortasına sürükləyin!
(Duxan surəsi, 47)
Sonra başından qaynar su tökərək ona əzab verin!”
(Duxan surəsi, 48)
(Və ona deyin:) “(Əzabı) dad! Sən (özünə görə) çox qüdrətli və şərəfli biri idin”.
(Duxan surəsi, 49)
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
(Müddəssir surəsi, 31)
Biz də zəbaniləri (cəhənnəm mələklərini) çağıracağıq.
(Ələq surəsi, 18
)