Ələq surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yaradan Rəbbinin adı ilə oxu!
(Ələq surəsi, 1)
- O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı.
(Ələq surəsi, 2)
- Oxu! Rəbbin böyük kərəm sahibidir.
(Ələq surəsi, 3)
- O, qələmi (yazmağı) öyrətdi.
(Ələq surəsi, 4)
- O, insana bilmədiklərini öyrətdi.
(Ələq surəsi, 5)
- Xeyr! Həqiqətən, insan çox azğınlıq edir.
(Ələq surəsi, 6)
- Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür.
(Ələq surəsi, 7)
- Şübhəsiz ki, axır dönüş Rəbbinədir.
(Ələq surəsi, 8)
- Mane olanı gördünmü -
(Ələq surəsi, 9)
- Namaz qılan bir bəndəyə?!
(Ələq surəsi, 10)
- De görək, əgər o bəndə doğru yoldadırsa,
(Ələq surəsi, 11)
- Yaxud təqvanı (Allahdan qorxmağı) əmr edirsə, onda necə?!
(Ələq surəsi, 12)
- De görək, əgər o haqqı yalanlayır və üz döndərirsə, onda necə?!
(Ələq surəsi, 13)
- O bilmirmi ki, Allah (onu) görür?!
(Ələq surəsi, 14)
- Xeyr! Əgər (bu əməllərinə) son qoymazsa, onun kəkilindən tutacağıq
(Ələq surəsi, 15)
- O yalançı, günahkar kəkilindən!
(Ələq surəsi, 16)
- Qoy o öz tərəfdarlarını çağırsın.
(Ələq surəsi, 17)
- Biz də zəbaniləri (cəhənnəm mələklərini) çağıracağıq.
(Ələq surəsi, 18)
- Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş!
(Ələq surəsi, 19)