Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ona görə də qazandıqlarının (günahlarının) cəzası olaraq az gülsünlər, çox ağlasınlar!
(Tövbə surəsi, 82)
Onlar (qardaşları) axşam çağı ağlaya-ağlaya atalarının yanına gəldilər.
(Yusif surəsi, 16)
Ağlayaraq üzüstə səcdəyə qapanarlar və (Quran) onların xüşusunu (Allaha bağlılıqlarını) daha da artırar.
(İsra surəsi, 109)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Göy və yer onların arxasınca ağlamadı. Onlara möhlət də verilmədi.
(Duxan surəsi, 29)