ŞİRK sözü ilə əlaqəli ayələr
"ŞİRK" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sən onların yaşamaq üçün bütün insanlardan, hətta müşriklərdən belə daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki uzun ömür verilməsi onların heç birini əzabdan uzaqlaşdırmaz. Allah onların etdiklərini görür.
(Bəqərə surəsi, 96)📋
- Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir.
(Ali İmran surəsi, 186)📋
- Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar.
(Nisa surəsi, 48)📋
- Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür.
(Nisa surəsi, 116)📋
- De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı, başqa ilahlar olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
(Ənam surəsi, 19)📋
- O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” - deyəcəyik.
(Ənam surəsi, 22)📋
- Əksinə, yalnız Ona (Allaha) yalvaracaqsınız. Əgər O diləyərsə, yalvardığınız şeyi (bəlanı sizdən) dəf edər və siz də (Allaha) şərik qoşduqlarınızı (bütlərinizi) unudarsınız.
(Ənam surəsi, 41)📋
- De: “Allah sizi ondan da, hər cür çətinlikdən də xilas edər. Sonra siz (yenə Ona) şərik qoşursunuz?”
(Ənam surəsi, 64)📋
- Günəşi doğarkən görən zaman isə: “Bu mənim Rəbbimdir. Bu daha böyükdür”, - dedi. Ancaq o da batdığı zaman belə dedi: “Ey qövmüm, mən həqiqətən, sizin (Allaha) şərik qoşduğunuz şeylərdən uzağam.
(Ənam surəsi, 78)📋
- Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?
(Ənam surəsi, 80)📋
- Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şirk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir?
(Ənam surəsi, 81)📋
- Bu, Allahın doğru yoludur. O, bəndələrindən dilədiyi kimsəni o yola yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, şübhəsiz, onların etdikləri əməllər də puça çıxardı.
(Ənam surəsi, 88)📋
- Əgər Allah diləsəydi, onlar müşrik olmazdılar. Səni onların üstündə gözətçi qoymamışıq. Sən onların vəkili də deyilsən.
(Ənam surəsi, 107)📋
- Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (elçiləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”.
(Ənam surəsi, 148)📋
- De: “Rəbbim ancaq açıq və gizli edilən pis işləri, günahı, haqsız yerə həddi aşmağı, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər söyləməyinizi haram etmişdir.
(Əraf surəsi, 33)📋
- Yaxud: “Daha əvvəl atalarımız (Allaha) şərik qoşmuşdular. Biz də onlardan sonra gələn bir nəsil idik. Batil yolda olanların etdiklərinə görə bizi həlak edəcəksən?!” - deməməyiniz üçün (belə etdik).
(Əraf surəsi, 173)📋
- Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır!
(Əraf surəsi, 190)📋
- Onlar heç nəyi yarada bilməyən və özləri də yaradılmış olan şeylərimi Allaha şərik qoşurlar?
(Əraf surəsi, 191)📋
- Halbuki (şərik qoşduqları) nə onlara, nə də özlərinə yardım edə bilərlər.
(Əraf surəsi, 192)📋
- Müşriklər özlərinin inkar edən olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar.
(Tövbə surəsi, 17)📋
- Onlar Allahı qoyub xaxamlarını, (xristianlar da) rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki onlara yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!
(Tövbə surəsi, 31)📋
- Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar, Allah dərgahında bizim şəfaətçilərimizdir!” - deyirlər. De ki: “ Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah onların şərik qoşduğu şeylərdən uzaq və ucadır!”
(Yunis surəsi, 18)📋
- O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə: “Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları (möminlərdən) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
(Yunis surəsi, 28)📋
- De: “Qoşduğunuz şəriklərin arasında bir canlını yoxdan yaradıb, (ölümündən) sonra onu dirildə bilən varmı?” De ki: “Allah bir canlını yoxdan yaradır, (ölümündən) sonra da onu dirildir. Elə isə necə (haqdan) döndərilirsiniz?”
(Yunis surəsi, 34)📋
- De: “Qoşduğunuz şəriklərin arasında haqq yola yönəldən biri varmı?” De: “Allah haqq yola yönəldir. Elə isə doğru yola yönəldənmi tabe olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilməyincə doğru yolu tapa bilməyənmi? Sizə nə olub? Siz necə hökm verirsiniz?”
(Yunis surəsi, 35)📋
- Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Elə isə Allahı qoyub Ona qoşduqları şəriklərə ibadət edənlər nəyin ardınca gedirlər?! Onlar ancaq zənnin ardınca gedir və yalan söyləyirlər.
(Yunis surəsi, 66)📋
- Biz ancaq bunu deyə bilərik ki, ilahlarımızdan biri səni yaman pis çarpıb”. Hud dedi: “Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam.
(Hud surəsi, 54)📋
- Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe olmuşam. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfündəndir. Lakin insanların çoxu (Allaha) şükür etməz.
(Yusif surəsi, 38)📋
- Onların çoxu ancaq şərik qoşaraq Allaha iman edərlər.
(Yusif surəsi, 106)📋