Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman edərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir!
(Bəqərə surəsi, 256)
Allah iman edənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. İnkar edənlərin dostu isə Tağutdur. Onları aydınlıqdan çıxarıb qaranlığa salarlar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 257)
Özlərinə kitabdan (yazıb-oxumaqdan) bir pay verilənləri görmədinmi?! Onlar Cibtə (bütə) və Tağuta (bütə və ya şeytana) inanır və inkar edənlər haqqında: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər.
(Nisa surəsi, 51)
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman etdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir.
(Nisa surəsi, 60)
İman edənlər Allah yolunda cihad edərlər. İnkar edənlər isə Tağut (şeytan, dəccal) yolunda cihad edərlər. Elə isə, şeytanın dostlarına qarşı cihad edin! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
(Nisa surəsi, 76)
De: “Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar”.
(Maidə surəsi, 60)
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) elçi göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (elçiləri) yalanlayanların aqibətinin necə olduğunu görün!
(Nəhl surəsi, 36)
Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver!
(Zumər surəsi, 17
)