Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
(Maidə surəsi, 95)
Yoxsa Onun sizi təkrar ora (dənizə) qaytarıb üstünüzə şiddətli bir fırtına göndərərək (Rəbbinizin birliyini) inkar etdiyinizə görə sizi suda boğmayacağından əminsinizmi? Sonra buna görə Bizə qarşı sizin üçün (intiqamınızı alan) bir köməkçi də tapa bilməzsiniz.
(İsra surəsi, 69)
Ancaq iman edib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan istisnadır. Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.
(Şuəra surəsi, 227)
Yoxsa onlar: “Biz müzəffər bir dəstəyik”, - deyirlər?
(Qamər surəsi, 44
)