CAHİLİYYƏ sözü ilə əlaqəli ayələr
"CAHİLİYYƏ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sonra O, bu qəm-qüssənin ardından üzərinizə bir arxayınlıq – sizdən bir dəstəni bürüyən bir mürgü endirdi. Başqa bir dəstə isə öz canlarının hayına qalaraq, Allah barəsində haqsız yerə, cahiliyyə dövrünə xas zənnə qapılıb: “Bu işin bizə nə dəxli var?” deyirdilər. De ki: “Şübhəsiz, bütün işlər Allaha məxsusdur”. Onlar sənə bəyan etmədiklərini qəlbində gizlədir və deyirlər: “Əgər bu işdə bizim bir ixtiyarımız olsaydı, burada öldürülməzdik”. De ki: “Evlərinizdə olsaydınız belə, alınlarına ölmək yazılmış kimsələr yenə də əcəlinin çatacağı yerə öz ayaqları ilə gedərdilər”. Allah bunu köksünüzdə olanı sınamaq və qəlbinizdə olanı təmizləyib pak etmək üçün etdi. Şübhəsiz ki, Allah kökslərdə gizli olanları biləndir.
(Ali İmran surəsi, 154)📋
- Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?!
(Maidə surəsi, 50)📋
- Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin! Namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.
(Əhzab surəsi, 33)📋
- İnkar edənlər öz qəlbinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah elçisinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
(Fəth surəsi, 26
)📋