Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər siz səfərdə olub katib tapa bilməsəniz bir şeyi girov qoymağınız da kifayətdir. Biriniz digərinə bir şey əmanət edibsə, əmanət verilən kimsə əmanəti (vaxtı gələndə sahibinə) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Kim onu gizlədərsə, şübhəsiz, onun qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir.
(Bəqərə surəsi, 283)
Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey elçi!) De ki: “Əlbəttə, doğru yol Allahın yoludur”. “Sizə verilənin bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De: “Həqiqətən, lütf Allahın əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”.
(Ali İmran surəsi, 73)
Onlar dedilər: “Ay ata! Sənə nə olub ki, Yusif barəsində bizə etibar etmirsən? Halbuki, biz onun yaxşılığını istəyirik.
(Yusif surəsi, 11)
(Yaqub) dedi: “Daha əvvəl qardaşı (Yusif) haqqında sizə nə qədər güvəndimsə, bunun haqqında da sizə o qədər güvənirəm. Allah ən yaxşı mühafizə edəndir və O, mərhəmətlilərin ən mərhəmətlisidir!”
(Yusif surəsi, 64
)