Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da bilmişdiniz. Biz də onlara: “Həqir meymunlar olun!” - dedik.
(Bəqərə surəsi, 65)
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman edin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
(Nisa surəsi, 47)
Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz: “Şənbə günü həddi aşmayın (ov qadağasını pozmayın)!” – dedik və onlardan möhkəm bir əhd aldıq.
(Nisa surəsi, 154)
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik.
(Əraf surəsi, 163)
Şənbə günü (ibadət etmək) yalnız onun barəsində ixtilafda olanlara fərz buyurulmuşdur. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir.
(Nəhl surəsi, 124
)