Zəlzələ surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Yer şiddətlə titrəyəcəyi zaman,
(Zəlzələ surəsi, 1)
- Yer öz yükünü çıxardacağı zaman,
(Zəlzələ surəsi, 2)
- Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman,
(Zəlzələ surəsi, 3)
- O gün yer şahid olduğu hər şeyi xəbər verəcək.
(Zəlzələ surəsi, 4)
- Çünki bunu ona Rəbbin vəhy etmişdir.
(Zəlzələ surəsi, 5)
- O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar.
(Zəlzələ surəsi, 6)
- Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək,
(Zəlzələ surəsi, 7)
- Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir.
(Zəlzələ surəsi, 8)