Qədr surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik.
(Qədr surəsi, 1)
- Sən haradan biləsən ki, Qədr gecəsi nədir?!
(Qədr surəsi, 2)
- Qədr gecəsi min aydan daha xeyirlidir.
(Qədr surəsi, 3)
- O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər.
(Qədr surəsi, 4)
- O gecə dan yeri ağarana qədər salamatlıqdır (əmin-amanlıqdır).
(Qədr surəsi, 5)