Tin surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun əncirə və zeytuna!
(Tin surəsi, 1)
- And olsun (Allahın Musa ilə danışdığı) Sinay dağına!
(Tin surəsi, 2)
- And olsun əmin-amanlıq içində olan bu şəhərə (Məkkəyə)!
(Tin surəsi, 3)
- Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq.
(Tin surəsi, 4)
- Sonra onu aşağıların ən aşağısı etdik.
(Tin surəsi, 5)
- Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
(Tin surəsi, 6)
- Bəs daha sonra haqq-hesabı (axirəti) təkzib etməyə səni vadar edən nədir?
(Tin surəsi, 7)
- Allah hökm verənlərin ən üstünü deyilmi?!
(Tin surəsi, 8)