İnşirah surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sənin sinəni açıb genişlətmədikmi?!
(İnşirah surəsi, 1)
- Yükünü səndən götürmədikmi?!
(İnşirah surəsi, 2)
- Hansı ki, (ağırlığı) sənin belini bükmüşdü.
(İnşirah surəsi, 3)
- Sənin şanını ucaltmadıqmı?!
(İnşirah surəsi, 4)
- Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır.
(İnşirah surəsi, 5)
- Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır.
(İnşirah surəsi, 6)
- (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!
(İnşirah surəsi, 7)
- Və Rəbbinə yönəl!
(İnşirah surəsi, 8)