Duha surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun səhərə!
(Duha surəsi, 1)
- And olsun sakitləşməkdə olan gecəyə!
(Duha surəsi, 2)
- Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu.
(Duha surəsi, 3)
- Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir.
(Duha surəsi, 4)
- Tezliklə Rəbbin sənə (nemət) verəcək, sən də razı qalacaqsan.
(Duha surəsi, 5)
- O səni yetim görüb sənə sığınacaq vermədimi?!
(Duha surəsi, 6)
- Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!
(Duha surəsi, 7)
- Səni yoxsul görüb zəngin etmədimi?!
(Duha surəsi, 8)
- Elə isə yetimi xor görmə!
(Duha surəsi, 9)
- İstəyəni də qovma!
(Duha surəsi, 10)
- Və Rəbbinin sənə olan nemətindən bəhs et!
(Duha surəsi, 11)