Leyl surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun (qaranlığı ilə ətrafı) bürüməkdə olan gecəyə!
(Leyl surəsi, 1)
- And olsun aydınlanmaqda olan gündüzə!
(Leyl surəsi, 2)
- And olsun kişini və qadını yaradana!
(Leyl surəsi, 3)
- Həqiqətən, sizin cəhdləriniz müxtəlif cürdür.
(Leyl surəsi, 4)
- Kim (haqq sahibinə) haqqını verər, Allahdan qorxar,
(Leyl surəsi, 5)
- Və ən gözəl olanı təsdiqləyərsə,
(Leyl surəsi, 6)
- Biz də ən asan olanı onun üçün asanlaşdırarıq.
(Leyl surəsi, 7)
- Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz,
(Leyl surəsi, 8)
- Və ən gözəl olanı təkzib edərsə,
(Leyl surəsi, 9)
- Onun üçün də ən çətin olanı asanlaşdırarıq.
(Leyl surəsi, 10)
- Ora düşdüyü zaman mal-mülkü ona heç bir fayda verməz.
(Leyl surəsi, 11)
- Şübhəsiz ki, doğru yolu göstərmək bizə aiddir.
(Leyl surəsi, 12)
- Əlbəttə, axirət də, dünya da Bizimdir.
(Leyl surəsi, 13)
- Ona görə də mən sizi alov saçan bir odla xəbərdar etdim.
(Leyl surəsi, 14)
- Ora yalnız ən bədbəxt olan girər.
(Leyl surəsi, 15)
- O (bədbəxt) ki, haqqı yalanlamış və üz döndərmişdir.
(Leyl surəsi, 16)
- Allahdan ən çox qorxan isə oradan uzaq tutular.
(Leyl surəsi, 17)
- O kimsə ki, malını (Allah yolunda) verər və (günahlardan) təmizlənər.
(Leyl surəsi, 18)
- O, etdiklərinə görə başqaları tərəfindən mükafatlandırılmağı gözləməz.
(Leyl surəsi, 19)
- O bunu, sadəcə, ən uca olan Rəbbinin rizası üçün edər.
(Leyl surəsi, 20)
- Həqiqətən, o, (Allahın verəcəyi nemətlərdən) razı qalacaqdır.
(Leyl surəsi, 21)