Şəms surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun günəşə və onun aydınlığına!
(Şəms surəsi, 1)
- And olsun ondan sonra çıxan aya!
(Şəms surəsi, 2)
- And olsun onu (günəşi) üzə çıxardan gündüzə!
(Şəms surəsi, 3)
- And olsun onu (günəşi) örtən gecəyə!
(Şəms surəsi, 4)
- And olsun göyə və onu xəlq edənə!
(Şəms surəsi, 5)
- And olsun yer üzünə və onu döşəyənə!
(Şəms surəsi, 6)
- And olsun nəfsə, onu yaradıb surət verənə,
(Şəms surəsi, 7)
- Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)!
(Şəms surəsi, 8)
- Nəfsini günahdan təmizləyən nicat tapmışdır.
(Şəms surəsi, 9)
- Nəfsini günaha batıran isə ziyana düşmüşdür.
(Şəms surəsi, 10)
- Səmud qövmü azğınlığı ucbatından haqqı təkzib etdi.
(Şəms surəsi, 11)
- Onların ən bədbəxti (Allahın möcüzə olaraq göndərdiyi dəvəni kəsməyə) cumduğu zaman,
(Şəms surəsi, 12)
- Allahın elçisi (Saleh) onlara: “Allahın dəvəsinə və onun su içməsinə mane olmayın!” - demişdi.
(Şəms surəsi, 13)
- Ancaq onlar elçisi təkzib etdilər və dəvəni kəsdilər. Rəbbi də günahlarına görə onlara əzab göndərdi və oranı yerlə-yeksan etdi.
(Şəms surəsi, 14)
- Allah bunun nəticəsindən (cəzalandırmaqdan) qorxmaz.
(Şəms surəsi, 15)