Bələd surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And içirəm bu şəhərə (Məkkəyə)!
(Bələd surəsi, 1)
- Sən də bu şəhərdə yaşayırsan.
(Bələd surəsi, 2)
- And olsun ataya və ondan dünyaya gələnə!
(Bələd surəsi, 3)
- Biz insanı çətinliklər içində yaratdıq.
(Bələd surəsi, 4)
- O, heç kəsin ona gücü çatmayacağınımı zənn edir?
(Bələd surəsi, 5)
- O: “Mən çoxlu mal-mülk sərf etmişəm!” - deyir.
(Bələd surəsi, 6)
- O, heç kimin onu görmədiyinimi zənn edir?!
(Bələd surəsi, 7)
- Biz ona iki göz vermədikmi?!
(Bələd surəsi, 8)
- Habelə, bir dil və iki dodaq (vermədikmi)?!
(Bələd surəsi, 9)
- Biz ona iki yol (yaxşı və pis yol) göstərdik.
(Bələd surəsi, 10)
- Ancaq o, əqəbəni (maneələri) keçə bilmədi.
(Bələd surəsi, 11)
- Sən haradan biləsən ki, əqəbə nədir?!
(Bələd surəsi, 12)
- O, kölə azad etməkdir,
(Bələd surəsi, 13)
- Yaxud aclıq günündə yemək yedirməkdir,
(Bələd surəsi, 14)
- Qohumluğu çatan bir yetimə,
(Bələd surəsi, 15)
- Yaxud heç bir şeyi olmayan yoxsula.
(Bələd surəsi, 16)
- Sonra da iman edən, bir-birinə səbir etməyi tövsiyə edən və mərhəmətli olmağı tövsiyə edənlərdən olmaqdır.
(Bələd surəsi, 17)
- Onlar sağ tərəfdəkilərdir.
(Bələd surəsi, 18)
- Ayələrimizi inkar edənlər isə sol tərəfdəkilərdir.
(Bələd surəsi, 19)
- Od onları hər tərəfdən bürüyəcəkdir.
(Bələd surəsi, 20)