Əla surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ən uca olan Rəbbinin adını təsbeh et!
(Əla surəsi, 1)
- O, hər şeyi yaradıb nizama saldı.
(Əla surəsi, 2)
- O, hər şeyin miqdarını təyin etdi və doğru yolu göstərdi.
(Əla surəsi, 3)
- O, (torpaqdan) otlağı çıxartdı.
(Əla surəsi, 4)
- Sonra da onu qaralmış quru bir samana çevirdi.
(Əla surəsi, 5)
- Biz sənə Quranı oxudacağıq və o sənin yadından çıxmayacaq.
(Əla surəsi, 6)
- Allahın istədiyi bundan istisnadır! Şübhəsiz ki, O, aşkar olanı da, gizli olanı da bilir.
(Əla surəsi, 7)
- Biz sənə ən asan olanı müyəssər edəcəyik.
(Əla surəsi, 8)
- Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver!
(Əla surəsi, 9)
- Allahdan qorxan nəsihəti qəbul edəcəkdir.
(Əla surəsi, 10)
- Bədbəxt (inkar edən) isə ondan uzaq duracaqdır.
(Əla surəsi, 11)
- O, ən böyük oda girəcəkdir.
(Əla surəsi, 12)
- Sonra orada nə öləcək, nə də yaşayacaqdır.
(Əla surəsi, 13)
- Günahlardan təmizlənən qurtulacaqdır.
(Əla surəsi, 14)
- (O kəs ki,) Rəbbinin adını zikr edən və namaz qılar.
(Əla surəsi, 15)
- Ancaq siz dünya həyatını üstün tutursunuz.
(Əla surəsi, 16)
- Halbuki axirət daha xeyirli və daha əbədidir.
(Əla surəsi, 17)
- Həqiqətən, bunlar əvvəlki kitablarda da mövcuddur
(Əla surəsi, 18)
- İbrahimin və Musanın səhifələrində.
(Əla surəsi, 19)