Büruc surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun içində bürclər olan göyə!
(Büruc surəsi, 1)
- And olsun vəd olunan günə!
(Büruc surəsi, 2)
- And olsun şahidlik edənə və şahidlik edilənə!
(Büruc surəsi, 3)
- Xəndək əhli öldürüldü.
(Büruc surəsi, 4)
- (O xəndək ki,) yanacaqla alovlandırılmışdı.
(Büruc surəsi, 5)
- O zaman onlar xəndəyin ətrafında oturub,
(Büruc surəsi, 6)
- Möminlərə etdiklərini seyr edirdilər.
(Büruc surəsi, 7)
- Onlardan yalnız qüdrətli və hər cür tərifə layiq olan Allaha iman etdikləri üçün intiqam alırdılar.
(Büruc surəsi, 8)
- O Allah ki, göylərin və yerin hökmranlığı Ona məxsusdur. Allah hər şeyə şahiddir.
(Büruc surəsi, 9)
- Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.
(Büruc surəsi, 10)
- İman edib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!
(Büruc surəsi, 11)
- Həqiqətən, Rəbbinin (inkar edənləri) yaxalaması çox şiddətlidir.
(Büruc surəsi, 12)
- Əlbəttə, yoxdan var edən də, (ölümdən sonra təkrar həyata) qaytaran da Odur.
(Büruc surəsi, 13)
- O, çox bağışlayandır, çox sevəndir.
(Büruc surəsi, 14)
- Ərşin sahibidir, şanı ucadır.
(Büruc surəsi, 15)
- İstədiyini edəndir.
(Büruc surəsi, 16)
- (Ey elçi!) Ordular barəsindəki xəbərlər sənə gəlib çatdımı?
(Büruc surəsi, 17)
- Firon və Səmudun orduları!
(Büruc surəsi, 18)
- Xeyr! İnkar edənlər hələ də təkzib edirlər.
(Büruc surəsi, 19)
- Allah isə onları hər tərəfdən əhatə etmişdir.
(Büruc surəsi, 20)
- Xeyr! O, uca bir Qurandır!
(Büruc surəsi, 21)
- Qorunan lövhədədir (lövhi-məhfuzdadır).
(Büruc surəsi, 22)