İnşiqaq surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göy yarılacağı,
(İnşiqaq surəsi, 1)
- Və Rəbbini dinləyib itaət edəcəyi zaman,
(İnşiqaq surəsi, 2)
- Yer üzü dümdüz ediləcəyi,
(İnşiqaq surəsi, 3)
- İçindəkiləri atıb boşalacağı,
(İnşiqaq surəsi, 4)
- Və Rəbbini dinləyib itaət edəcəyi zaman!
(İnşiqaq surəsi, 5)
- Ey insan! Həqiqətən, sən Rəbbinə qovuşana qədər çalışıb çabalayırsan. Nəhayət, Ona qovuşacaqsan.
(İnşiqaq surəsi, 6)
- Kimin əməl dəftəri sağ tərəfindən verilərsə,
(İnşiqaq surəsi, 7)
- Onun haqq-hesabı asan olacaq,
(İnşiqaq surəsi, 8)
- Və sevinərək ailəsinin yanına qayıdacaqdır.
(İnşiqaq surəsi, 9)
- Ancaq kimin əməl dəftəri arxa tərəfindən verilərsə,
(İnşiqaq surəsi, 10)
- O, yox olmaq (ölmək) istəyəcək,
(İnşiqaq surəsi, 11)
- Və alovlu oda girəcəkdir.
(İnşiqaq surəsi, 12)
- O, (dünyada ikən) ailəsinin yanında sevincli idi.
(İnşiqaq surəsi, 13)
- O heç vaxt (Rəbbinə) dönməyəcəyini zənn edirdi.
(İnşiqaq surəsi, 14)
- Xeyr! Həqiqətən, Rəbbi onu görürdü.
(İnşiqaq surəsi, 15)
- And içirəm şəfəqə,
(İnşiqaq surəsi, 16)
- Gecəyə və qoynuna aldıqlarına,
(İnşiqaq surəsi, 17)
- Bədirlənmiş aya!
(İnşiqaq surəsi, 18)
- Həqiqətən, siz (ölüm) mərhələlərdən keçəcəksiniz.
(İnşiqaq surəsi, 19)
- Onlara nə olub ki, iman etmirlər?
(İnşiqaq surəsi, 20)
- Özlərinə Quran oxunduğu zaman səcdə etmirlər.
(İnşiqaq surəsi, 21)
- Əksinə, inkar edənlər (Quranı və axirəti) təkzib edirlər.
(İnşiqaq surəsi, 22)
- Halbuki Allah onların gizlətdiklərini yaxşı bilir.
(İnşiqaq surəsi, 23)
- Ona görə də sən onlara ağrılı-acılı bir əzabla müjdə ver!
(İnşiqaq surəsi, 24)
- Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
(İnşiqaq surəsi, 25)