Məsəd surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
(Məsəd surəsi, 1)
- Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi.
(Məsəd surəsi, 2)
- O, alovlu bir oda girəcəkdir.
(Məsəd surəsi, 3)
- Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir).
(Məsəd surəsi, 4)
- Arvadının boynunda xurma lifindən ip olacaqdır.
(Məsəd surəsi, 5)