Maun surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Haqq-hesab gününü yalan hesab edəni gördünmü?!
(Maun surəsi, 1)
- O elə kimsədir ki, yetimi qovar,
(Maun surəsi, 2)
- Və heç kimi yoxsulu yedirtməyə təşviq etməz.
(Maun surəsi, 3)
- Vay o namaz qılanların halına ki,
(Maun surəsi, 4)
- Onlar namazlarında səhv edirlər.
(Maun surəsi, 5)
- Onlar riyakarlıq edirlər.
(Maun surəsi, 6)
- Az bir şey verməkdən belə boyun qaçırırlar.
(Maun surəsi, 7)