Hüməzə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Hər bir qeybət edən və tənə vuranın vay halına!
(Hüməzə surəsi, 1)
- O, mal-mülk yığar və onu dönə-dönə sayar.
(Hüməzə surəsi, 2)
- O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər.
(Hüməzə surəsi, 3)
- Xeyr! O mütləq Hütəməyə atılacaqdır.
(Hüməzə surəsi, 4)
- Sən haradan biləsən ki, Hütəmə nədir?!
(Hüməzə surəsi, 5)
- O, Allahın alovlandırılmış odudur.
(Hüməzə surəsi, 6)
- O od (yandıra-yandıra) qəlbə çatar.
(Hüməzə surəsi, 7)
- Həqiqətən, o od onların üzərini örtəcəkdir.
(Hüməzə surəsi, 8)
- Onlar uzun sütunlara bağlanacaqlar.
(Hüməzə surəsi, 9)