Qariə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Qorxuya salan (qiyamət)!
(Qariə surəsi, 1)
- Nədir o qorxuya salan?!
(Qariə surəsi, 2)
- Sən haradan biləsən ki, qorxuya salan nədir?!
(Qariə surəsi, 3)
- O gün insanlar səpələnmiş kəpənəklər kimi olacaqlar.
(Qariə surəsi, 4)
- Dağlar isə didilmiş rəngli yun kimi olacaqdır.
(Qariə surəsi, 5)
- (O gün) kimin (yaxşı əməl) tərəzisi ağır gələrsə,
(Qariə surəsi, 6)
- O, razı qalacağı bir həyat sürəcəkdir.
(Qariə surəsi, 7)
- Kimin (yaxşı əməl) tərəzisi yüngül gələrsə,
(Qariə surəsi, 8)
- Onun anası (sığınacağı yer) Haviyədir.
(Qariə surəsi, 9)
- Sən haradan biləsən ki, Haviyə nədir?!
(Qariə surəsi, 10)
- O, qızmar bir oddur.
(Qariə surəsi, 11)