V
Vaciblik: Qəti lazımlılıq. Vacib olma. Məsuliyyət.
Vaid: Bir işin pis nəticəsini, bir şəri xəbər vermə.
Vaqiə: Hadisə, həqiqət, fakt. Quranda, reallaşması qəti olan Qiyamət.
Vasvas: Vəsvəsə verən, sapdıran, narahatlıqlara salan. Şeytan.
Vəcih: Böyük ad və üstün şərəf sahibi kimsə. Güclü və hörmətli. Gözəl, qəşəng. Yeri, mövqeyi və dəyəri yüksək tutulan.
Vəd: Bir işin nəticəsini yer və zaman göstərərək bildirmə, xəbər vermə. Quranda Allahın həlak və əzabla xəbərdar edib qorxutması. Ölümdən sonra diriliş, həşr və hesab günü.
Vəhy: Böyük bir sürət və bir gizlilik içində verilən işarə, rəmz. Pıçıltı. Risalət. Allahdan peyğəmbərə dini çatdırma tərzi. İlham. Cəbrayılın peyğəmbərə xəbər gətirməsi.
Vəkil: Qoruyucu, işləri öhdəsinə alan, cavabdeh. Vəli. Rəqib. Ruh. Ona həvalə edilən işləri yoluna qoyub hər kəsin edə biləcəyindən daha yaxşısını edən. Allah.
Vəlayət: Hökm sahibliyi. İşlərin icra etmək mövqeyi. Ümmətin qanuni liderliyi, rəhbərlik mexanizmi.
Vəli: Dost. Qoruyucu. Köməkçi. Dəstəkçi. Malik. İşlərin icra edəni. Rəbb, məbud. Şəfaəti və şəfqəti, qoruyuculuğu ümid edilən. Hakim. Komandir, hökmdar. Allah.
Vəsilə: İbadət və Allaha itaət etmək üçün təmin edilən yaxınlıq, yaxınlaşma. Üsyanı tərk etmək. Rəğbət. Elmə, ibadətə və İslamın hökmlərinə yapışmaq və Allaha yaxınlaşmada yalnız bunları vasitə etmək.
Vəsiyyət: Tövsiyə mənasında söz. Bir kimsənin həyatında, ölərkən və ya onun yoxluğunda başqalarından nəyisə etmələrini istəməsi. Öz malına başqasını malik etmə. Əmr. Fərz. Özündən sonra üçün tövsiyə etmə. Ailəsinin və malının faydasına başqalarını qənaət sahibi etmə.
Vəsvəsə: Pıçıltı, gizli səs. Tərəddüd. Şübhə. Könüldən keçən və təkrar edilən gizli söz. Ovçunun və ov itlərinin ovu ürküdüb qaçırmamaq üçün pıçıltı ilə xəbərləşmələri. Quruntu. Qorxu. Şeytanın və şeytan yolunda olanların zəif ürəklərə etdikləri təlqinlər, yanıltmalar; ürəklərdə doğurduqları şübhələr, narahatlıq yaradan düşüncələr, böhran duyğuları.
Vəz: Yerinə qoyma, etmə, qoyma. İcad etmə, yaratma. Buraxma, doğurma. Uydurma və böhtan. Bir şeyi vəz etmə, qanununu qoyma, yerinə yetirilməsi üçün qayda təsbit etmə.




Əsas Səhifə