D
|
Dabbə: Dəbb və ya Dəbib, hərəkət edən canlı. Ağır-ağır getmək, vurnuxmaq. Hərəkəti gözlə görülməyən şeylər üçün istifadə edilir. Təfsir qaynaqlarına görə Qiyamətin böyük əlamətlərindən biri.
|
Dairə: Qarğış. Dağıtmaq, əzab. Fəlakət diləyi.
|
Darüs-salam: Cənnət yurdu.
|
Dəhr, Dəhri: Sərhədi müəyyən olmayan uzun zamanlar. Kainatın yaradılışından yıxılmağına qədər davam edən zaman. Kainatın davamlılığı müddəti, uzun müddət. Dəhri isə, insan həyatının sadəcə bu dünyada yaşanan ömürdən ibarət olduğunu qəbul edən və axirət həyatını inkar edən dünyagörüşünə, fəlsəfi düşüncəyə mənsub adam. Ateist.
|
Dəlalət: Azmaq, unutmaq, səhv salmaq, doğru yoldan azmaq. Tərəddüdə düşmək, hansı səbəblə olursa olsun doğru yolu və həqiqəti, ya da bir şeyin əslini tapa bilməmək. Hidayətin əksi. Qəflət, heyrət, həlak.
|
Dəlil, Dəlalət: Özü ilə bir şeyin məlumatına, bacarığına gedilən şey. Sübut, işarə, sənəd, isbat əsası.
|
Dərəcə: Qonaq qalmaq üçün yer, mənzil. Fəzilət, yüksək mövqe. Üstün savab.
|
Din Günü: Cəza və hesab günü.
|
Din: Mütləq mənada müxtəlif şəkildə düşünmək, həyata tərzi. Yol. Allaha itaət. Üstün qəbul edilən bir varlığa boyun əymək, onun səlahiyyət və hökmlərini mənimsəmək. Üstünlük, üstün gəlmək. İtaət, qulluq, ibadət. Ərəbcədə sinonimi millət. Şəriət. Məzhəb. Adət, təqlid. Cəza, mükafat, mühakimə, hesab. Qəza, siyasət, qəhr, hal.
|
Diyet: Öldürülən və ya yaralanan bir kəsə və ya varislərinə, bu zərərə səbəb olan adam və ya yaxınlarından ödənməsi lazım olan pul, mal, dəyər.
|
Döl: Ana bətnində saxlayıb qorunan uşaq. Hələ doğulmamış uşaq.
|
Dövlət: Sərvət, zənginlik, bəxt, qalibiyyət, sevinc və ya nemət kimi insanlar arasında üstünlük vəziyyəti. Müəyyən bir sinif əlində dövr edən, tədavül halında olan mülk, güc. Dövlət.
|
Dua: Kiçiyin böyükdən, gücü çatmayanın müqtədir olandan ehtiyac və diləyini uyğun bir tərzdə qəlbən davranaraq istəməsi. Yalvarmaq. Çağırmaq. Soruşmaq, İbadət, qulluq.
|