C
Cabbar: Dilədiyini zorla etdirən, sərhədsiz qüdrət və güc sahibi. Allah.
Cabbar: Qahhar, əzab verən. İstədiyini etdirə biləcək gücə sahib olan. Hər cür qanun və qaydadan özünü üstün görəcək qədər müstağni olan və ya həqiqətən bu gücdə olan. Dünyəvi mənası tiran, diktator.
Cahilliyə: Sözün kökü məlumatsızlıq (cahillik). Termin kimi İslamdan əvvəlki və İslamda olmayan insanın və cəmiyyətin həyat tərzi. Pozğunluq, üsyan və axmaqlıq mənalarını da daşıyır.
Calut: (Golyat) Hz. Davudun döyüşərək və ya sapanla vurub öldürdüyü Amelikalı zorakılıq, zalımlıq edən bir kral.
Cann: Cinin atası, İblis.
Cehul: Çox cahil, sonu bilməyən.
Cəhalət: Sözün kökü cahillik. Məlumatsızlıq. Elmsizlik. Bir şeyə olduğundan fərqli inanmaq.
Cəlal: Böyük və ulu. Hər cür əskiklikdən münəzzəh, uca. Allah.
Cəldə: Ətə keçməyəcək şəkildə dəriyə vurulan zərbə.
Cəza: Yaxşı ya da pis mütləq mənada qarşılıq. Əzab. Mükafat. Zənginlik, yetərlilik.
Cibt: Allahdan başqa səcdə edilən hər şey və hər adam. Cadugər, kahin və. s.
Cihad: Cəhd, səy göstərmək, güc, taqət. Quranda Allah yolunda döyüşmək, səy göstərmək.
Cilbab: Çadra, köhnə ərəb ənənəsində qadınların üzərilərinə atdıqları təpədən dırnağa qədər olar örtük. Qadınların övrət yerlərini fitnəyə, yəni cinsi təhriklərə gətirib çıxarmayacaq bir şəkildə örtən üst paltarı.
Cinn: Örtən, beş duyğu orqanından kənarda qalan. Gizli, gözdən uzaq mənasındakı "cinin" kökündən gəlir və gözlə görünməyən varlıqlara deyilir. İnsan aləmindən kənarda yaşayan, yəni ünsiyyəti olmayan, gizli, ruhani varlıq.
Cizyə: Borc ödəmək, söz verən bir kəsin əhdinə uyğun olaraq verdiyi vergi. İslam dövlətinin verdiyi xidmətlərə qarşılıq olaraq zimmilərdən, yəni müsəlman olmayan təbəqədən adam başına alınan vergi.
Cudi: Hz. Nuhun gəmisinin üstündə dayandığı dağ. Cənub Şərq Anadolu bölgəsində Cizrədədir.
Cünub: Uzaqlaşmaq. Qüsl, yəni yuyunmağı tələb edən vəziyyət.




Əsas Səhifə