B
|
Bağışlama: Allahın qullarının qüsur və günahlarını örtməsi, rəhməti ilə bağışlaması.
|
Bağy: Azğınlıq, qısqanclıq, haqsızlıq. Haqsız yerə yüksəlmək istəyi ilə sərhədi aşmaq. Hüquq pozuntusu. Öndərliyi istəmək. Zülm. İnsanlar üzərində hegemonluq, zorakılıq, təzyiq. Başqalarını daha da kiçik qruplara ayırıb bölmək, birliyi parçalamaq. Məğrur və qürurlu.
|
Bahirə: Qulaqları kəsilərək bütlər üçün buraxılan dəvə. Cahil cəmiyyətin ənənələrinə görə bir dəvə beş dəfə doğur və beşincisi dişi olsa, bu dəvənin bütlərin haqqı olduğuna inanılardı. Buna görə o dəvəni nə minir, nə də südü sağılırdı.
|
Bal: Dörd üzlü və iyirmi arşın boyunda qızıldan hazırlanan büt, cahilliyə dövrünə məxsus bir büt adı.
|
Basir: Hər şeyi haqqı ilə görən. Allahın adlarından biri.
|
Batil: Haqdan kənarda olan. Yox olan, keçici, bədəndə dayanmayan şey. Haqsız, həqiqi səbəbi olmayan. Axmaq, boş, çürük, əbəs, hikmətsiz, əsassız. Quranda, Allahın hökmünə zidd olan hər şey. Oğurluq, xəyanət, qəsb etmək, qumar, faiz, pozğunluq, israf və qanuni olmayan hər hərəkət və davranış tərzi və s.
|
Batin: Daxili. İç həqiqət, gizli. Ağlın dərk edə bilmədiyi, daxili mahiyyətinə şahid olub qavramaqdan aciz qaldığı. Allahın adlarından biri.
|
Belağ: Kifayət, yetərli olmaq. Yetkinlik. Təbliğ. Quranda Peyğəmbərin risaləsi.
|
Beyət: Əl sıxmaq. Terminoloji mənası, kiminsə dövlət başçılığını və ya bir rəhbərliyin hökumətini qəbul etmək, səlahiyyətlərini təsdiqləmək, əmr və qərarlarına itaət etməyi ilə bağlı qəti bir fikir. Rəhbərlik formasını təyin edən siyasi müqavilə. İslamiyyətdə beyət azad iradə ilə və qanuni bir liderə verilər.
|
Beyt-i Atiq: Köhnə ev. İlk ev. İnsanlar üçün azadlıq simvolu. Kəbə.
|
Beyyinə: Nur kimi özü açıq olan, bəyan açıq-aşkar olan, başqasını da açıqlayan. Açıq-aşkar məlumat, dəlil. Yəqin. Açıq sübut. Dəqiq dəlil. Haqqı batildən ayıran sübut. Quranda bəsirət. Möcüzə. Quran. Vəhy.
|
Bədi: Nümunəsiz olaraq yaradan. Yaratması bir vasitəyə, maddəyə, zamana və məkana bağlı olmayan, fövqəladə dərəcədə və gözəllikdə, heyrətləndirici. Allah.
|
Bəla: Bir şeyin gizliliyini, iç üzünü tanımağı istəmək, bir şeyin mükəmməlliyini və ya əskikliyini aşkar etmək. Quranda imtahan, fitnə, sınaq, təcrübə.
|
Bəraə: Bəri olmaq, uzaqlaşmaq. Nota, ultimatum. Siyasi və hüquqi mənada döyüş vəziyyətini tələb edən vəziyyət və əlaqələrin kəsilməsi.
|
Bərəkət: Xeyir, bolluq, müqəddəslik. Bir şeydə ilahi xeyrin olması.
|
Bəri: Qüsursuz şəkildə yaradan, yaratması tamamilə qüsursuz olan. Əşyanı və hər şeyin hissə və ünsürlərini bir tarazlıq, nizam, ölçü içində yaradan. Allahın adlarından biri.
|
Bərzax: Maneə, pərdə, boğaz. İki şey arasındakı sərhəd. İki su arasındakı dil. Quranda ölülərin dünya həyatına dönməmələri üçün sərhəd.
|
Bəsirət: Bir şeyi dərindən və tez anlama qabiliyyəti. Görmək. Məcazi olaraq hikmətlə baxan göz, qəlb gözü. Quranda möminin fərasəti və qavrama gücü. Nur. Açıq-aşkar hikmətli məlumatlar. İdrak sahibi ürəyin gücü. Bəsirət, ayələr, haqqa yönəldən məlumatlar, bacarıq, iti görmək, ibrət gözü, idrak.
|
Bəyan: Şərh, aşkar etmək. Çətinliyi aradan, qaldırma. Təfsir, mənası toplu, ümumi və bağlı olan bir şeyin şərh və təfsiri. Dəlil tapmaq.
|
Bidət: Sonradan ortaya çıxmaq. Termin olaraq da dinin tamamlanmasından sonra ortaya çıxarılan və dinə əlavə olaraq gətirilən, dinin daxilində sayılan şey. Törədi.
|
Birr: Allaha boyun əyməkdə və xeyirli əməllərdə genişlik, bolluq. Lütfkarlıq. Xeyirdə kamal dərəcəsi. Quranda İslama uyğun inanclar. Saleh əməllər, fərzlər və nafilələr. Xeyirə görə doğru olan söz və davranış. Həccin qəbulu. Cənnət. Fəzilət, gözəllik, yaxşılıq. Allahın rizasını qazanmağa səbəb olan, Allaha yaxınlaşdıran hər şey.
|
Böhtan: Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə. Birini qarışıqlığa salan böhtan. Böyük yalan.
|
Burhan: Qəti dəlil. Dəlil, sübut. Quranda möcüzə, Quran.
|