A
|
Affaq: Söylədiklərinin doğru olub olmadığına baxmadan dilinə gəldiyi kimi söyləyən, məsuliyyətsiz, xoşuna gələni həqiqət kimi izah edən, yalançı.
|
Ahbar: Yəhudi alimləri.
|
Axirət: Bir şeyin sona gəlməsi, son, sonrakı. Dünya həyatından sonrakı əbədi həyat. İkinci həyat. Davamlılıq.
|
Aləm: Quranda, Allahın xaricində olan və hər parçası Allaha şahidlik edən bütün varlıq. Əlamətlər məcmuəsi, elmin mövzusu, obyekti. Kainat, insanlıq və yaradılmışlar dünyası mənalarında da istifadə edilə bilər.
|
Alim: Hər şeyi haqqı ilə və həqiqəti ilə, hər hansı bir detalını və hissəsindən kənarda olmamaq şərti ilə bilən, . Allah.
|
Atəşpərəst (Məcusi): Atəşə tapınan, səcdə edən.
|
Ayə: Açıq əlamət, nişan, şifrə, simvol. Bir başqa şeyə işarə etmək. İbrət, dərs verən. Dəlil. Dəqiq məlumat və həqiqəti ifadə edən şey. Camaat, birlik. Yüksək bina, quruluş. Şəxs, kölgə, qaraltı. Quranda fövqəladə olduqları üçün Allahın varlığını sübut edən qeyri-adi hadisələr və əzab. Qurani-Kərim cümlələri. Allahın birliyinə şahidlik edən bütün maddi faktlar, işarələr.
|