Ü
|
Ümmət: Bir peyğəmbərin dininə inananlardan ibarət olan insan birliyi. Camaat. İnsan xaricindəki varlıqlar üçün də istifadə edilə bilər. Tək başına bir mömin, hz. İbrahim. Millət, İslam. Din. Yol.
|
Ümmi: Anadan doğulduğu kimi. Oxumağı, yazmağı bacarmayan kəs. Xarici mədəniyyətlərdən, təsirli xarici şərtlərdən təsirlənməmiş. Quranda kitab əhli olmayan. Məkkə müşrikləri.
|
Ümmül-Kitab: Kitabın anası. Lövhi-Məhfuz. Əzəli elm.
|
Ümmül-Kura: Şəhərlərin anası. İlk Ev (Kəbənin) ətrafında qurulan ilk şəhər. Məkkə.
|
Ümrə: Lüğəvi mənasnı ziyarət. Termin olaraq fərz olan Həccdən başqa bir zamanda Kəbəni ziyarət etməkdir ki, ehram, təvaf, say, xalq və taksirdən ibarətdir.
|
Üsvə: Nümunə. Təqlid edilməsi lazım olan timsal. hz. Peyğəmbər.
|
Üsyan: Hərfi mənası sürüşmə və ya səhv. Qarşı gəlmək. Köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxış. Unutqanlıq nəticəsi bir qadağanı pozmaq. Səhv
|
Üzeyir: Yəhudilərin Allaha oğul olaraq isnad etdikləri adam. Başqa bir fikrə görə bir peyğəmbər və ya saleh bir insan.
|