"Zəqqum və darı tikanı yeməkləridir"
MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onların quru tikandan başqa yeməkləri olmayacaqdır. (
Ğaşiyə surəsi
, 6)
(O yemək onları) nə doydurar, nə də aclıqdan xilas edər. (
Ğaşiyə surəsi
, 7)
Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı? (
Saffat surəsi
, 62)
Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik. (
Saffat surəsi
, 63)
Həqiqətən, o, cəhənnəmin dibində bitən bir ağacdır. (
Saffat surəsi
, 64)
Onun tumurcuqları şeytanların başlarına bənzəyir. (
Saffat surəsi
, 65)
Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz. (
Vaqiə surəsi
, 52)
Qarınlarınızı onunla dolduracaqsınız. (
Vaqiə surəsi
, 53)
Bir də boğazdan keçməyən yemək və ağrılı-acılı bir əzab vardır. (
Müzzəmmil surəsi
, 13)
Zəqqum ağacı! (
Duxan surəsi
, 43)
O, günahkarların yeməyidir. (
Duxan surəsi
, 44)
O, əridilmiş yağ kimi qarınlarda qaynayar. (
Duxan surəsi
, 45)
Qaynayan su kimi! (
Duxan surəsi
, 46)
Əsas Səhifə