"Zülm edərək iman edənlərə qarşı qalib gəlməyə çalışarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Firon qəzəblənərək:) “Mən sizə icazə vermədən ona iman etdiniz. Deməli, o, sizə sehr öyrədən böyüyünüzdür. Əlbəttə, (sizə nə edəcəyimi) biləcəksiniz. Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” - dedi.
(Şuəra surəsi, 49)
İnkar edənlər isə elçilərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi onlara (elçilərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
(İbrahim surəsi, 13)
(Firon) dedi: “Əgər məndən başqasını ilah qəbul etsən, səni mütləq həbs edəcəyəm!”
(Şuəra surəsi, 29)
(Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman etdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!”
(Taha surəsi, 71)
Onlar: “Ey Lut! Əgər (bu işdən) vaz keçməsən, sən mütləq qovulanlardan olacaqsan!” - dedilər.
(Şuəra surəsi, 167)
İbrahimin qövmünün cavabı isə: “Onu öldürün və ya yandırın!” - demələri oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman edənlər üçün ibrətlər vardır.
(Ənkəbut surəsi, 24)
Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
(Qamər surəsi, 9)
Qövmünün cavabı isə ancaq belə demək oldu: “Onları (Lutu və ona inananları) məmləkətinizdən çıxarın! Çünki onlar çox-çox təmiz adamlarmış!”
(Əraf surəsi, 82)
Şüeybin qövmündən olan təkəbbürlü başçılar: “Ey Şüeyb! Səni və səninlə birlikdə iman edənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. (Şüeyb) dedi: “Biz (bunu) istəməsək belə?!
(Əraf surəsi, 88)
Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük və həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!”
(Hud surəsi, 91)
Əbədi qalacağınızı umaraq möhkəm qalalar tikirsiniz.
(Şuəra surəsi, 129)
Birini yaxaladığınız zaman qəddarcasına yaxalayırsınız.
(Şuəra surəsi, 130)
Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!”
(Məryəm surəsi, 46)