"Xoşniyyətli və bağışlayıcı olmaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Heç şübhəsiz, kim səbir edər və bağışlayarsa, həqiqətən, bu məqsədəuyğun işlərdəndir.
(Şura surəsi, 43)
Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir!
(Əraf surəsi, 199)
Əgər yaxşı bir əməli açıqlasanız, yaxud gizlətsəniz və ya pis bir əməli əfv etsəniz, şübhəsiz ki, Allah da bağışlayandır, qüdrətlidir.
(Nisa surəsi, 149)