"Sərxoş və cünub ikən namaza yaxınlaşmamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Fəhmsiz (anlaqsız, idraksız) ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.
(Nisa surəsi, 43)