"Qurandan şübhə etməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqət sənin Rəbbindən gələndir. Odur ki, şübhə edənlərdən olma!
(Bəqərə surəsi, 147)
(Ey elçi!) Əgər sənə nazil etdiyimizdən şübhə edirsənsə, səndən əvvəl kitabı oxuyanlardan soruş. And olsun ki, Rəbbindən sənə haqq (Quran) gəlmişdir. Ona görə də əsla şübhə edənlərdən olma!
(Yunis surəsi, 94)
Barəsində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
(Səcdə surəsi, 2)
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
(Ali İmran surəsi, 7)