"Quran ayələri Allah qorxularını və imanlarını artırır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah, təşbehli (mütəşabeh), ikili kitab olaraq sözün ən gözəlini endirdi. Rəblərinə qarşı içləri titrəyərək-qorxanların Ondan dəriləri ürpərər. Sonra onların dəriləri və qəlbi Allahın zikrinə (qarşı) yumşalar-sakitləşər. Məhz bu, Allahın yol göstərməsidir, onunla dilədiyini hidayətə çatdırar. Allah, kimi azdırsa, artıq onun üçün də bir yol göstərici yoxdur.
(Zumər surəsi, 23)
De: “İstər ona inanın, istər inanmayın! Doğrusu, daha əvvəl elm (kitab) verilmiş kimsələrə o (Quran) oxunduğu zaman dərhal çənələri üstə düşüb səcdə edirlər.
(İsra surəsi, 107)
Və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” - deyərlər.
(İsra surəsi, 108)
Ağlayaraq üzüstə səcdəyə qapanarlar və (Quran) onların xüşusunu (Allaha bağlılıqlarını) daha da artırar.
(İsra surəsi, 109)
O kəslər ki, Allah anıldığı zaman onların qəlbi titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Həcc surəsi, 35)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbi titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər.
(Ənfal surəsi, 2)