Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb: “Sizi görən varmı?” – deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlbini (haqdan) döndərmişdir.
(Tövbə surəsi, 127)
Çünki onlar (əvvəlcə) iman edib sonra inkar etdilər. Buna görə də onların qəlbi möhürləndi. Artıq onlar (haqqı) anlamazlar.
(Münafiqun surəsi, 3)
Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük və həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!”
(Hud surəsi, 91)