"Qiyamət günü ilə bağlı" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd (əzab) nə zaman (gerçəkləşəcək)?” - deyirlər.
(Mülk surəsi, 25)
De ki: “Onu yalnız Allah bilir. Mən ancaq açıq-aşkar xəbərdar edənəm”.
(Mülk surəsi, 26)
Onun (əzabın) yaxınlaşdığını gördükləri zaman inkar edənlərin üzləri qaralacaq və onlara: “Sizin israrla istədiyiniz (əzab) budur!” - deyiləcəkdir.
(Mülk surəsi, 27)
Onlar haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
(Zəriyət surəsi, 12)
O gün onlara cəhənnəmdə əzab veriləcəkdir.
(Zəriyət surəsi, 13)
(Onlara belə deyiləcək:) “Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”.
(Zəriyət surəsi, 14)
İnsanlar səndən qiyamətin vaxtı haqqında soruşurlar. De ki: “Onun məlumatı yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, qiyamət yaxın bir zamanda baş verəcək.
(Əhzab surəsi, 63)
Onlar: “Əgər doğru söyləyirsinizsə, vəd olunan bu əzab nə vaxt gələcək?” - deyirlər.
(Yunis surəsi, 48)
De ki: “Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”.
(Yunis surəsi, 49)
Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd (əzab) nə vaxt gerçəkləşəcək?” - deyirlər.
(Nəml surəsi, 71)
De ki: “Tez gəlməsini istədiyinizin (əzabın) bir hissəsi, ola bilsin ki, yaxınlaşmışdır” .
(Nəml surəsi, 72)
Onlar: “Əgər doğru söyləyirsənsə, bu vəd (qiyamət) nə vaxt olacaq?” - deyirlər.
(Səba surəsi, 29)
De ki: “Sizə vəd olunmuş elə bir gün vardır ki, ondan nə bir an geri qala bilər, nə də irəli keçə bilərsiniz”.
(Səba surəsi, 30)